Azərbaycan Mikromalyyələşdirmə Bankı bu il daha iki filial açacaq

Azərbaycan Mikromalyyələşdirmə Bankı bu il daha iki filial açacaq
# 28 avqust 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromalyyələşdirmə Bankı (AMMB) 2008-ci ilin sonuna kimi daha iki filial açmaq niyyətindədir.
AMMB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialların biri Bakı şəhərinin Mərdəkan qəsəbəsində, digəri isə respublikanın Zaqatala rayonunda açılacaq. Artıq bununla bağlı AMMB Azərbaycan Milli Bankına müraciət edib. Nəticədə, yeni iki filial da daxil olmaqla, bankın filiallarının ümumi sayı 20-yə çatacaq.
Qeyd edək ki, AMMB 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 175,677 mln. manat, kredit portfeli 147,560 mln. manat, depozit portfeli 10,016 mln. manat, məcmu kapitalı 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR