«Atəşgah» şirkətinin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 42% azalıb

«Atəşgah» şirkətinin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 42% azalıb
# 29 avqust 2008 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkətinin 2008-ci ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 6,51 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 41,8% azdır.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta ödənişlərinin həcmi 23,7% artaraq 1,93 mln. manat təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının ümumi həcmində «Atəşgah»ın daxilolmalarının xüsusi çəkisi 6,65%, ödənişlərdə isə 8,77%-ə bərabər olub.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına «İSR Holding» (49%) və ARDNŞ (30%) və «Ran Exim» (21%) şirkətlər daxildir. Şirkət hazırda 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR