Yanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 12% artaraq 3 662 dollara çatıb

Yanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 12% artaraq 3 662 dollara çatıb
# 18 sentyabr 2008 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 2007-ci ilin eyni dövrünə nisbətən 13,2% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə ÜDM-nin həcmi müqayisəli qiymətlərlə 2,4 mlrd. manat artaraq 25,9 mlrd. manat təşkil edib.
Əlavə dəyərin 75,0%-i iqtisadiyyatın istehsal sahələrində əldə edilib və 2007-ci ilin eyni dövründəkindən 14% çox olub. Xidmət sahələrində əvvəlki illə müqayisədə 9,9% çox əlavə dəyər yaranıb və ÜDM-də xüsusi çəkisi 2007-ci ildəki 21,7%-dən 17,9%-dək azalıb. Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,1%-ni təşkil edib.
Bu dövr sənayedə 16 187,5 mln. manatlıq, yaxud ÜDM-nin 62,5%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1 413,6 mln. manatlıq (5,5%), tikintidə 1 807,5 mln. manatlıq (7%), nəqliyyatda 1 171,3 mln. manatlıq (4,5%), poçt və rabitədə 417,5 mln. manatlıq (1,6%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə 1 270,8 mln. manatlıq (4,9%), mehmanxana və restoran xidmətlərində 217,2 mln. manatlıq (0,8%), sosial və digər xidmətlər sahəsində isə 1 569,4 mln. manatlıq (6,1%) əlavə dəyər yaranıb.
Hesabat dövründə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 3 031,5 manat (3 661,6 ABŞ dolları) təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR