AİB-in COVID-19-la mübarizə üçün Azərbaycana ayırdığı kreditin şərtləri açıqlanıb - YENİLƏNİB

AİB-in COVID-19-la mübarizə üçün Azərbaycana ayırdığı kreditin şərtləri açıqlanıb - YENİLƏNİB
# 10 noyabr 2021 16:48 (UTC +04:00)

Noyabrın əvvəlində Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə 250 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanıb.

"APA-Economics"in Azərbaycan Maliyyə Naziriliyinə istinadən verdiyi məlumata görə, bundan əlavə, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə də 100 mln. dollar məbləğində 10 il müddətinə LIBOR üstəgəl 0,5% dərəcəsi ilə kredit müqaviləsi imzalanıb. Azərbaycan adından sənədi ölkənin maliyyə naziri Samir Şərifov, AİİB adından isə Bankın baş direktoru Supi Teravanintorn imzalayıblar.

***

08-11-2021

11:49

Noyabrın əvvəlində Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə 250 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə imzalanıb.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, kredit sazişini Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, AİB tərəfindən isə ölkə direktoru Kandis Makdeyqan (Candice McDeigan) imzalayıblar.

Kredit AİB-in Kontrsiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiyasına Aktiv Cavab və Xərclərə Dəstək Proqramı (CPRO) vasitəsi ilə maliyyələşdirilir. Proqram inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-in 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb.

Kreditin əsas hissəsinin qaytarılması yeddi il çəkəcək və 2024-cü ildə başlayacaq. 2024-cü ilin yanvarın 15-dən başlayaraq hökumət götürülən kreditin əsas məbləğinin 7,14%-ni ildə iki dəfə (15 yanvar və 15 iyul) qaytaracaq. Bundan əlavə, hər il əsas məbləğin 0,15%-i səviyyəsində öhdəlik komissiyası ödəniləcək. Beləliklə, kreditin 2031-ci ilin yanvarın 15-də bağlanması nəzərdə tutulur.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR