Aksiz markası ilə markalanmalı olan malların nağd qaydada satılmasına görə cərimə müəyyənləşir

Aksiz markası ilə markalanmalı olan malların nağd qaydada satılmasına görə cərimə müəyyənləşir
# 17 noyabr 2021 15:52 (UTC +04:00)

Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınmasına görə cərimə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun parlamentdə qəbul edilərək Prezident tərəfindən təsdiqlənəcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi parlamentdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR