AMB: İstanbul Fond Birjası ilə əməkdaşlığın texniki məsələləri ilə bağlı işlər görülür

AMB: İstanbul Fond Birjası ilə əməkdaşlığın texniki məsələləri ilə bağlı işlər görülür
# 23 noyabr 2021 10:44 (UTC +04:00)

Əsas məqsəd İstanbul Fond Birjası və ümumiyyətlə, Türkiyənin kapital bazarı ilə yaxınlaşmağı təmin etməkdir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) prudensial siyasət və metodalogiya şöbəsinin rəhbəri Arif Cəlilov bildirib.

"Bu sahədə iradə var, niyyət ortadadır. Bu prosesin artıq texniki məsələlərinin həlli ilə bağlı işlər görülür. Həm Mərkəzi Bank, həm birja qarşı tərəflə birgə görüşlər keçirir və məsələlərin bir növ həll etmək mərhələsinə çatmışıq", - AMB-nin rəsmisi bildirib.

A. Cəlilovun sözlərinə görə, Bakı və İstanbul fond birjalarının infrastrukturun bir birinə inteqrasiyası baxımdan məsələləri həll etmək lazımdır və bu proses davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR