ARDNF-nin birbaşa investisiyalarında mənfi gəlirlik müşahidə olunur

ARDNF-nin Londondakı əmlakı

© APA | ARDNF-nin Londondakı əmlakı

# 06 dekabr 2021 14:25 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak alt portfeli ilin əvvəli ilə müqayisədə həcmində cuzi azalma müşahidə edilmiş, 9 ay ərzində gəlirlilik göstəricisi 5,76% təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ARDNF-nin 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir. Lakin buna baxmayaraq rəydə bildirilir ki, portfelin strukturuna daxil olan “birbaşa investisiyalar” üzrə mənfi gəlirlilik müşahidə edilib. Bunun səbəbi kimi, Londonda yerləşən daşınmaz əmlakın 2018-ci ildə başlayan və hal-hazırda da davam edən təmir işləri və əmlakda icarəçinin olmaması göstərilib.

Qeyd edək ki, Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2,658,1 mln. ABŞ dolları təşkil edib. Fond London şəhərinin "West End" səmtində, Seynt Ceyms, 78 ünvanında yerləşən dəyəri 133,75 mln. funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16" ünvanında yerləşən və dəyəri 3 038,1 mln. Rusiya rublu təşkil edən "Qalereya Aktyor" ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 mln. avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 56,742 mlrd. yapon yeni təşkil edən ticarət mərkəzinə, investisiya edib.

Hesablama Palatası rəyində daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan birbaşa investisiyalar üzrə mənfi maliyyə nəticələrinin bu alt portfel üzrə digər gəlirli investisiya istiqamətlərinə üstünlük verməsi ilə, birbaşa investisiya aləti üzrə iqtisadi şəraitin tələblərinə uyğun yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət yaratdığı nəticəsinə gəldiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR