AYİB-in işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

AYİB-in işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub
# 08 iyun 2021 10:10 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat Naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və AYİB-in işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2021-ci ilin martın 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Təkcə 2020-ci ildə isə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR