AYİB Rusiyada investisiyaları bərpa etmək niyyətində deyil

AYİB Rusiyada investisiyaları bərpa etmək niyyətində deyil
# 29 iyun 2021 12:21 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiyada investisiyaları bərpa etmək niyyətində deyil və bunun yaxın illərdə baş verəcəyini gözləmək üçün heç bir səbəb yoxdur.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu AYİB-in Prezidenti Odil Reno-Basso (Odile Renault-Basso) deyib.

"2014-cü ildən bəri səhmdarlarımız Rusiyadakı layihələrin maliyyələşdirilməsinə dair mövqelərini dəyişdirməyib. O zaman onlar dəqiq bir mövqe tutdular, bu da Rusiyada yeni layihələrin maliyyələşdirilməsinin olmaması idi. Bu, daimi bir mövqedir və bunun yaxın illərdə dəyişəcəyinə heç bir əsas yoxdur", - deyə Reno-Basso bildirib.

Qeyd edək ki, Rusiya 1992-ci ildən AYİB-in üzvüdür, ölkənin bankdakı payı 4,1% təşkil edir. 2014-cü ildə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra, AYİB Rusiyada layihələrinə investisiya qoyuluşunu dayandırıb. Rusiya Maliyyə Nazirliyi əvvəllər AYİB-in Rusiyaya qarşı siyasəti dəyişməzsə, bankın ölkədəki portfelinin həcminin orta müddətdə sıfıra endirilə biləcəyini bildirmişdi.

1991-ci ildə təsis edilən AYİB Avropa, Mərkəzi Asiya və Cənubi və Şərqi Aralıq dənizi regionlarına investisiya yatırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR