Azərbaycan əhalisi oktyabrda əczaçılıq məhsullarına 76,6 mln. manat xərcləyib

Azərbaycan əhalisi oktyabrda əczaçılıq məhsullarına 76,6 mln. manat xərcləyib
# 12 noyabr 2021 14:33 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 758,6 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,1% və ya 205,3 mln. manat çoxdur.

Cari ilin oktyabr ayında satışların həcmi sentyabr ayı ilə müqayisədə 24,5% və ya 24,9 mln. manat azalaraq 76,6 mln. təşkil edib.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,5 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR