Azərbaycan iqtisadiyyatına bu il 6 mlrd. manata yaxın investisiya qoyulub

Azərbaycan iqtisadiyyatına bu il 6 mlrd. manata yaxın investisiya qoyulub
# 15 iyul 2021 10:01 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 919,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 2,8%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3% azalıb. Ümumi sərmayənin 4068,9 mln. manatı və ya 68,7%-i məhsul istehsalı sahələrinin, 1 381,5 mln. manatı (23,4%-i) xidmət sahələrinin, 469,0 mln. manatı (7,9%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,6%-i dövlət, 65,4%-i qeyri dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 66,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 61%-ni təşkil edib. Əsas kapitala yönəldilən vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 3575,0 mln. manat, büdcə vəsaitləri 1130,3 mln. manat, bank kreditləri 354,6 mln. manat, əhalinin şəxsi vəsaitləri 426,5 mln. manat, sair vəsaitlər 433,0 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR