Azərbaycan və Çin arasında işçi qrupların yaradılması təklif edilib

Azərbaycan və Çin arasında işçi qrupların yaradılması təklif edilib
# 27 oktyabr 2021 16:45 (UTC +04:00)

Azərbaycan və Çin arasında investisiya sahələrində əməkdaşlıq üzrə işçi qrupların yaradılması təklif edilib.

APA-nın məlumatına görə, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında Çin Xalq Respublikası kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi (nazir səviyyəsində) Yuy Tzyanhua təklif edib ki, iki ölkə arasında elektron ticarət və investisiya sahələrində əməkdaşlıq üzrə işçi qrupları yaradılsın və infrastruktur sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalansın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR