Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır - YENİLƏNİB

"GəncAz" və "KamAZ" arasında memorandumun imzalanması

© APA | "GəncAz" və "KamAZ" arasında memorandumun imzalanması

# 23 iyul 2021 12:06 (UTC +04:00)

Bu gün Bakıda Gəncə Avtomobil Zavodu ("GəncAz") və Rusiyanın "KamAZ" şirkəti arasında anlaşma memorandumu imzalanıb.

"APA-Economics"in məlumatına görə, sənəd Azərbaycanda müştərilərə "KamAZ" avtomobilləri və qoşquların lizinq şərtləri ilə təklifi üçün birgə müəssisənin yaradılmasını (lizinq şirkəti) nəzərdə tutur.

Sənədi "GənAz"ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin imzalayıblar.

***

11:25

Bu gün Rusiyanın "Roseksimbank" SC-nin himayəsi ilə Bakıda keçirilən Rusiya şirkətlərinin işgüzar missiyası çərçivəsində Gəncə Avtomobil Zavodu ("GəncAZ") ilə Rusiyanın "KamAZ" şirkəti arasında müqavilə imzalanacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, sənədə əsasən Azərbaycanda yeni lizinq şirkəti yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR