Azərbaycanda Büdcə Məcəlləsi hazırlanır

Azərbaycanda Büdcə Məcəlləsi hazırlanır
# 08 dekabr 2021 18:39 (UTC +04:00)

“Büdcə Məcəlləsinin hazırlanması üzərində iş gedir”.

APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Maliyyə naziri qeyd edib ki, millət vəkillərinin də tövsiyələrinə uyğun olaraq Büdcə Məcəlləsi hazırlanır və bu, müəyyən vaxt aparacaq: “Hazırda isə Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar və müasir dövrün çağırışları kontekstində, o cümlədən mövcud qanunvericiliyə uyğun təklif olunan bu dəyişikliklərin qəbulu aktualdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR