Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi kəskin artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi kəskin artıb
# 02 dekabr 2021 18:24 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 22,8 mln. manat həcmində 310 ipoteka krediti verib.

"APA-Economics"in İKZF-nin məlumatları əsasında apardığı hesablamalara görə, bu, oktyabr ayı ilə müqayisədə 6,3% çoxdur. Cari ilin yanvar-noyabr aylarında isə 326,09 mln. manatlıq 4 897 ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 47,6% çoxdur.

Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi olaraq 1,967 mlrd. manat məbləğində 36 369 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 235,25 mln. manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 1 190-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR