Azərbaycanda qeyri-neft sektorunda mədən vergisinin azaldılması təklif olunur

Azərbaycanda qeyri-neft sektorunda mədən vergisinin azaldılması təklif olunur
# 03 noyabr 2021 13:01 (UTC +04:00)

Azərbaycanda neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə mədən vergisinin azaldılması təklif olunur.

"APA-Economics"in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

"Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılır", - sənəddə bildirilir.

Qeyd edilir ki, bu məqsədlə vergi ödəyicisi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq torpaq sahəsi və həmin sahədən çıxarılmış faydalı qazıntılar barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir. Nəticədə, bu maddə ilə müəyyən edilmiş qaydada verginin azaldılması müvafiq məlumat formasının təqdim edildiyi ayda həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR