Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi 43,4% azalıb

Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi 43,4% azalıb
# 01 iyul 2021 10:53 (UTC +04:00)

Bu ilin yanvar-may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 144,8 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4% azalıb.

Cari ilin may ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 32,6 mln. manatlıq əməliyyat aparıblar ki, bu da aprel ayı ilə müqayisədə 15,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR