Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi iyulda kəskin artıb

Azərbaycandakı əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi iyulda kəskin artıb
# 31 avqust 2021 14:19 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 288,2 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.

Cari ilin iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 95,1 mln. manatlıq əməliyyat aparıblar ki, bu da iyun ayı ilə müqayisədə 97% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR