Azərbaycanın Aİ ilə müsbət ticarət saldosu 65% artıb

Azərbaycanın Aİ ilə müsbət ticarət saldosu 65% artıb
# 15 sentyabr 2021 18:19 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 8,473 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 35,8% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın Aİ-yə ixracı 7,020 mlrd. dollar, idxalı isə 1,453 mlrd. dollar təşkil edib. İllik müqayisədə ixrac 46%, idxal isə 1,5% artıb.

Nəticədə, cari ilin səkkiz ayında Azərbaycanın Aİ ilə 5,566 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 64,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR