Azərbaycanın icmal büdcəsinin profisiti ÜDM-nin 6,4%-nə çatıb

Azərbaycanın icmal büdcəsinin profisiti ÜDM-nin 6,4%-nə çatıb
# 22 iyul 2021 17:03 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 328,9 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 958,3 mln. manat və ya 23,9% çoxdur. İcmal büdcənin xərcləri isə 12 752,4 mln. manat məbləğində icra olunub

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2021-ci il üzrə icmal büdcə 7 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. Bu, altıaylıq ÜDM-nin 6,4%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR