Azərbaycanın ixracı 31%-dən çox artıb

Azərbaycanın ixracı 31%-dən çox artıb
# 07 sentyabr 2021 11:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. dollar təşkil edib.

"APA-Economics"in bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayına istinadən məlumat verir. Beləliklə, ötən ilin göstəriciləri ilə müqayisədə ümumi ixrac təxminən 31,6%, qeyri-neft sektoru üzrə ixrac isə 37,1% artıb.

2021-ci ilin səkkiz ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 mln. dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln. dollar olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR