Azərbaycanın qeyri-neft ÜDM-i 5,7% artıb

Azərbaycanın qeyri-neft ÜDM-i 5,7% artıb
# 13 sentyabr 2021 12:29 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 54 730,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 % azalıb, qeyri-neft sektorunda isə 5,7% artıb.

ÜDM istehsalının 40,4 %i sənaye, 10,4 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 466,1 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR