Azərbaycanın qeyri-neft ÜDM-i bu il 7% artacaq

Azərbaycanın qeyri-neft ÜDM-i bu il 7% artacaq
# 06 oktyabr 2021 10:29 (UTC +04:00)

Bu il Azərbaycanda qeyri-neft ÜDM-nin istehsalının 7,1% səviyyəsində artacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında deyilir.

Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq.

Qeyd edilir ki, qeyri-enerji sektorunun dinamikası, dövlət investisiyaları, o cümlədən münaqişə sonrası yenidənqurma proqramları ilə birlikdə ümumi iqtisadi artımı dəstəkləyəcək.

"Enerji sektorunun artımının əvvəlcədən təyin edilmiş "OPEC+" kvotalarına və 2023-cü ilə qədər təbii qaz hasilatının gözlənilən artımına uyğun olaraq sabitləşəcəyi proqnozlaşdırılır, bu da enerji ilə əlaqəli istixana qazı emissiyalarını ümumi azalmasını yavaşladacaq", - hesabatda bildirilib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR