Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər 22% artıb

Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər 22% artıb
# 31 avqust 2021 14:46 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 116,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 22,3% çoxdur.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 95,6 mln. dollar təşkil edib.

Məlumata görə, iyul ayında isə Azərbaycan 9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 16% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR