Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 11% azalıb

Azərbaycanın Rusiya ilə mənfi ticarət saldosu 11% azalıb
# 01 dekabr 2021 11:01 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,345 mrld. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,8% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 696,928 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 23,2% çoxdur. İdxal isə 1,648 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 1,2% çoxdur.

Nəticədə, 2021-ci ilin ilk on ayında 951,285 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 10,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR