Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dolları keçib

Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dolları keçib
# 17 dekabr 2021 16:37 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4,4% (2,2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını üstələyib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, AMB-nin ehtiyatları isə 10,2% artaraq 7 mlrd. dolları keçib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.

Qeyd edilir ki, ötən iclasdan bəri AMB-də keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR