Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 mlrd. dollara yaxınlaşıb

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 mlrd. dollara yaxınlaşıb
# 16 sentyabr 2021 10:51 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2,885 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,5% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,757 mlrd. dollar, idxal isə 1,128 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 8,3% azalıb, idxal isə 14,7% artıb.

Nəticədə, 2021-ci ilin yanvar-avqust aylarında 628,238 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 32,5% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. dollar təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR