Azərbaycanın ÜDM-i 4,9%, qeyri-neft ÜDM-i 5,9% artıb

Azərbaycanın ÜDM-i 4,9%, qeyri-neft ÜDM-i 5,9% artıb
# 12 noyabr 2021 12:41 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 71 589 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9% çox ümumi daxili məhsul istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6%, qeyri neft-qaz sektorunda isə 5,9% artıb.

ÜDM istehsalının 40,8%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9%-i təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 148,0 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR