Azərbaycanın xarici dövlət borcu 2,5% azalıb

Maliyyə Nazirliyinin inzibati binası

© APA | Maliyyə Nazirliyinin inzibati binası

# 10 avqust 2021 15:51 (UTC +04:00)

Bu ilin 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 8 603,4 mln. ABŞ dolları və ya ÜDM-in 18,2%-ni təşkil edib.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 218,1 mln. dollar və ya 2,5% azalıb.

Qeyd edək ki, 1 iyul tarixinə daxili dövlət borcu isə 2 726,3 mln. manat və ya ÜDM-in 3,4 %-ni təşkil edib. Bu, 2021-ci ilin əvvəli ilə müqayisədə 40,4% çoxdur.

Beləliklə, 2021-ci il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (xarici və daxili) 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. İlin əvvəlindən ümumi dövlət borcunun həcmi 413,4 mln. manat və ya 2,4% artıb.

Xatırladaq ki, bu ilin ilk altı ayı ərzində Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 mln. manat və ya 0,3% çox) 883,5 mln. manat yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR