"Azexport" portalına daxil olan ixrac sifarişləri 29% azalıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri 29% azalıb
# 01 iyul 2021 11:13 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında "Azexport" portalına 194,3 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1% azalıb.

Cari ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 30,1 mln. dollar təşkil edib ki, bu da aprel ayının göstəricisindən 8,8% azdır.

2021-ci ilin may ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara görə daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 may tarixinədək (53 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,390 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR