Bakıda keçiriləcək V Beynəlxalq bankçılıq forumu hibrid formatda təşkil olunacaq

Bakıda keçiriləcək V Beynəlxalq bankçılıq forumu hibrid formatda təşkil olunacaq
# 13 iyul 2021 18:10 (UTC +04:00)

Bu ilin 7-8 oktyabr tarixlərində Bakıda “V Beynəlxalq bankçılıq forumu” (BBF) keçiriləcək.

APA-Economics” xəbər verir ki, forum real və onlayn tədbirlərin bütün imkanlarını özündə birləşdirməklə hibrid formatda keçiriləcək.

Forum Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçiriləcək.

İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiri hesab olunur.

Forum rəhbər tənzimləyicilər, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, yerli səfirliklər, tanınmış şirkətlər, qərarqəbuledicilər və inflüenserləri bir araya gətirəcək.

Forumda rəqəmsal bank, innovativ ödəniş ekosistemi, rəqəmsal valyutalar, blokçeyn texnologiyası, elektron ticarət, kibertəhlükəsizlik və s. mövzulara dair çıxışlar nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR