Bazarın liderlərindən biri “ParaBokt” Bakı və region filialları üzrə “Kredit mütəxəssisi” vəzifəsinə işçi qəbulu elan edir

Bazarın liderlərindən biri “ParaBokt” Bakı və region filialları üzrə “Kredit mütəxəssisi” vəzifəsinə işçi qəbulu elan edir
# 04 dekabr 2021 16:54 (UTC +04:00)

Bazarın liderlərindən biri olan “ParaBokt” Bakı və REGİON filialları üzrə “Kredit mütəxəssisi” vəzifəsinə işçi qəbulu elan edir.

APA-nın xəbərinə görə, bununla bağlı elanda deyilir:

"Dəyərli gənclər, bazarın liderlərindən biri olan “ParaBokt” Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları şəhərləri üzrə təcrübə programı elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik".

Öhdəliklər aşağıdakılardır:

Təlimlərdə aktiv iştirak etmək

Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək

Təlimçi və mentorla interaktiv işləmək

Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Lombard kreditləşmə işini nəzəri və praktiki mənimsəmək

Tələblər:

Karyerasını satış işində görmək

Öyrənməyə açıq olmaq

Hədəflərlə işləməyi bacarmaq

Pozitiv ünsiyyət bacarığı

Komandada işləməyə meyilli olmaq

Maraqlanan şəxslərin +994 51 230 34 00 Whatsapp nömrəsinə və ya [email protected] ünvanına "təcrübə proqramı, ad və soyad" yazaraq müraciət edə bilərlər.

Təcrübə proqramını uğurla bitirən gənclər sertfikatla təltif ediləcəklər. Təlim modulu və praktiki nəticələrin qiymətləndirilməsinə əsasən təcrübəçilər işlə təmin olunacaqlar. Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək şansı verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR