Büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi müəyyənləşdirilir

Büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi müəyyənləşdirilir
# 08 dekabr 2021 11:33 (UTC +04:00)

Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında” qanuna təklif edilən yeni - 27.8-ci maddədə əksini tapıb.
Qanuna təklif edilən 27.9-cu maddəyə əsasən isə hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR