BVF yeni xərcləri nəzərə alaraq, Azərbaycan büdcəsi üzrə proqnozunu yeniləyib

BVF yeni xərcləri nəzərə alaraq, Azərbaycan büdcəsi üzrə proqnozunu yeniləyib
# 19 iyun 2021 13:38 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 5,6%-nə bərabər olacaq. Ötən proqnoz 5,2% təşkil edirdi.

"APA-Economics"in məlumatına görə, bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında deyilir.

Gözləntilərdə dəyişikliyi fond pandemiya və azad olunmuş torpaqlarda başlanmış rekonstruksiya işlərinin artırdığı xərclər ilə əsaslandırır.
2022-ci il üçün də proqnoz 2,3%-lik defisitdən 3%-lik defisitə qədər pisləşdirilib.

Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın builki icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin əhəmiyyətli dərəcədə daralaraq 0,2% təşkil edəcəyini gözləyir. 2022-ci ildə bu göstəricinin bir qədər artaraq ÜDM-in 0,7%-nə bərabər olacağı proqnozlaşdırılır. Dünya Bankı isə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin bu il 2,5% təşkil edəcəyini, 2022-ci ildə isə profisitə qayıdaraq ÜDM-in 2,8%-nə bərabər olacağını proqnozlaşdırır.

Faktiki göstəricilərə gəldikdə, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 milyard manat, xərcləri isə 29,160 milyard manat təşkil edib. Yaranmış kəsir 4,698 milyard manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR