Deputat İşsizlikdən Sığorta Fondunda 44 milyon manatın xərclənməməsinə aydınlıq gətirilməsini istəyib

Vahid Əhmədov, Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

© APA | Vahid Əhmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

# 17 noyabr 2021 12:58 (UTC +04:00)

“İşsizlikdən Sığorta Fonduna ayrılan vəsaitdən 44 milyon manat qalıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, bunun səbəbi açıqlanmalıdır: “Ya işsizlikdən sığorta haqqı çox yüksəkdir, sizdə bu pul artıq qalır, ya da ölkədə işsiz şəxs yoxdur ki, siz bu pulu onlara xərcləmirsiniz. Buna aydınlıq gətirilsin. Bu, 44 milyon manatın taleyi necə olacaq?! Niyə bu pul xərclənməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR