Deputat: “Qanunlara edilən dəyişikliklərin əsas məqsədi faizlərin aşağı salınmasına nail olmaqdır”

Tahir Mirkişili

© APA | Tahir Mirkişili

# 27 may 2021 16:54 (UTC +04:00)

“Azərbaycanda krediti 3 mənbədən almaq mümkündür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, digər mənbələrdən alınan kreditlərin heç bir qanuni əsası yoxdur: “Milli Məclisdə “Lombardlar haqqında” qanunu 2-ci oxunuşdan keçirmişik. 3-cü oxunuş üçün layihə razılaşdırılma mərhələsindədir. Bu qanun komitənin iş planına da daxil edilib. Sənəddə sələmçiliklə bağlı məsələlər də öz həllini tapacaq. Banklarla bağlı böyük qanun layihəsi paketi hazırlanıb. Bununla bağlı hökumət və Mərkəzi Bank arasında müzakirələr aparılır. Biz də komitə olaraq müzakirələrin yekunlaşmasını gözləyirik. Qanunlara edilən dəyişikliklərin əsas məqsədi son nəticədə faizlərin aşağı salınmasına nail olmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR