Dünya iqtisadiyyatının hakerlərə görə illik zərəri yaxın 10 ilə 265 mlrd. dollara çata bilər

Dünya iqtisadiyyatının hakerlərə görə illik zərəri yaxın 10 ilə 265 mlrd. dollara çata bilər
# 15 iyun 2021 11:21 (UTC +04:00)

2031-ci ilədək dünya iqtisadiyyatının hakerlərin fəaliyyəti səbəbindən illik zərəri 265 mlrd. ABŞ dollarına qədər arta bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti "Cybersecurity Ventures" analitik şirkətinin hesablamalarına istinad yazır.

Şirkətin hesablamalarına hücum edilən şirkətlərin xərcləri, o cümlədən hücumdan qurtulmaq üçün edilən xərclər, artan sığorta haqları, kiberkriminoloqları zəhmət haqqı,

sistemin bərpası və digər amillər daxildir.

Mütəxəssislərin əksəriyyətinin qeyd etdiyi kimi, zərərli proqramların (şantaj edən proqramlar) hücumlarından və itkilərinin sayı həqiqətən çox sürətlə artır. Eyni zamanda, bəzi mütəxəssislər həqiqi ziyanın analitiklərin proqnozlaşdırdıqlarından da çox ola biləcəyini istisna etmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR