Elman Rüstəmov: "Neft 65 dollar olduğu halda cari hesabın profisiti bu il ÜDM-nin 6,5% səviyyəsində proqnozlaşdırılır"

Elman Rüstəmov: "Neft 65 dollar olduğu halda cari hesabın profisiti bu il ÜDM-nin 6,5% səviyyəsində proqnozlaşdırılır"

© APA | Mərkəzi Bankın sədri Elman Rüstəmov

# 30 iyul 2021 12:46 (UTC +04:00)

"Neft qiymətlərinin və qeyri-neft ixracının artması ölkənin tədiyə balansına müsbət təsir edir".

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Sədrin sözlərinə görə, bu il neftin orta qiymətinin 65 ABŞ dolları olduğu halda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2021-ci ilin sonuna 3,1 mlrd. dollara və ya ÜDM-nin 6,5%-nə bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub). 2021-ci ilin I rübündə isə profisit qeydə alınıb və 627,7 mln. ABŞ dolları və ya ÜDM-nin 5,6%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR