Gələn il Azərbaycanda inflyasiya 4,3%-ə qədər yavaşlayacaq - PROQNOZ

Gələn il Azərbaycanda inflyasiya 4,3%-ə qədər yavaşlayacaq  - PROQNOZ
# 13 noyabr 2021 14:37 (UTC +04:00)

"Fitch Ratings" reytinq agentliyi bu ilin sonuna Azərbaycanda illik inflyasiyanın 7,6% səviyyəsində olacağını gözləyir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, gələn ilin istehlakçı qiymətlərinin artım tempinin azalacağı və illik inflyasiyanın 2022-ci ilin sonuna 4,3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.

Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.

Son məlumatlara görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə istehlak qiymətləri illik müqayisədə 5,7%, təkcə oktyabrda isə illik inflyasiya 10%-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR