Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər 13,5% artırılır

Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər 13,5% artırılır
# 11 noyabr 2021 14:31 (UTC +04:00)

“Bizim dövlət büdcəmiz ənənəvi olaraq sosial yönümlü büdcədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin sosialyönümlü xərcləri 46,4%-ə çatdırılır: “Cari illə müqayisədə həmin xərclər 13,5% artırılır. Həmin xərclərin 60%-lik hissəsi əməyin ödənişi xərcləri ilə bağlıdır”.

Nazir qeyd edib ki, sosial müdafiə, sosial təminat xərcləri üçün 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Növbəti ildə ünvanlı dövlət sosial yardım üçün 260 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda ehtiyac meyarının həddinin 170 manatdan 200 manata artırılması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR