Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb

Gürcüstan və Azərbaycan bayraqları

© APA | Gürcüstan və Azərbaycan bayraqları

# 19 may 2021 11:11 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 335 605,1 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 14 596,3 min dollar və ya 4,2% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 183 410,9 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 9,1% azdır. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 2,6% artaraq 152 194,1 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk dörd ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 31 216,8 min dollarlıq mənfi saldo yaranıb, bu da illik ifadədə 41,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR