İdarə rəisi fiziki şəxslərin ofşor zonalara vəsait köçürməsinə vergi tətbiq edilməsinin səbəbini açıqlayıb

Nicat İmanov

© APA | Nicat İmanov

# 03 noyabr 2021 11:29 (UTC +04:00)

“Vergi məcəlləsinə təklif edilən dəyişikliklər dövlət büdcəsindən yayındırila biləcək məbləğlərin yığılmasına yönəlib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.

O bildirib ki, digər məsələlərdən biri ofşor zonalarla aparılan məlumatlardır.

“Fiziki şəxslərin köçürmələrinə nəzarət tətbiq edilmirdi. Ancaq görünür ki, bundan sui-istifadə halları var. Bunun qarşısını almaq üçün ofşor zonalara vəsaitlərin köçürülməsinə vergilər tətbiq ediləcək”, - deyə N. İmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR