Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşir

Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşir
# 25 may 2021 10:18 (UTC +04:00)

Kredit ittifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

APA-nın məlumatına görə, bu, “Kredit ittifaqları haqqında” qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanun ilə tənzimlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR