Larinin manata qarşı məzənnəsi bu ilin ən yüksək həddinə çatıb

Larinin manata qarşı məzənnəsi bu ilin ən yüksək həddinə çatıb
# 26 may 2021 11:09 (UTC +04:00)

Mayın 26-da Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,6% artaraq 0,5205 manat təşkil edib ki, bu da 2021-ci ildə qeydə alınan ən yüksək göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, larinin sonuncu dəfə bundan yüksək dəyəri dekabrın 25-də qeydə alınmışdı – 0,5206 manat.

Bu ilin mart ayının sonundan başlayaraq larinin manata və ABŞ dollarına qarşı məzənnəsinin azalma tendensiyası müşahidə olunurdu. Aprelin 15-də larinin manata qarşı məzənnəsi 0,4928 manata qədər enmişdi, bu da 2021-ci ildə qeydə alınan ən aşağı səviyyə ilə yanaşı, Gürcüstanın milli valyutasının manata qarşı məzənnəsinin son 5 ilin minimum dəyəri idi.

Qeyd edək ki, may ayının ortalarından lari manata qarşı möhkəmlənməyə başladı. Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 1,9379 lariyə bərabərdir, bu da aylıq müqayisədə larinin manata qarşı 4,3% möhkəmlənməsi deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR