Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib

Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib
# 27 may 2021 16:57 (UTC +04:00)

Mayın 27-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2009 manat təşkil edib. Bu, yeni tarixi minimumdur.

"APA-Economics"in hesablamalarına görə, bu göstərici mayın 16-da qeydə alınan tarixi minimumdan 0,2% azdır.

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 5 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 manat 4,9776 lirəyə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR