“Vergi və gömrük yığımları sahəsində çox suallar gəldi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, hər il dövlət büdcəsi hazırlanan zaman Maliyyə Nazirliyi bu orqanlar arasında əlaqələndirici funksiyanı həyata keçirir :” Bizim çox gərgin müzakirələrimiz keçir. Azərbaycanda Nazirlər Kabinetinin vergi daxilolmaların proqnozlaşdırılması ilə bağlı müvafiq qaydaları var. Vergi daxilolmalarında həm neft, həm də qeyri-neft sektoru üzrə daxilolmalar əsas götürülür. Bunlar hər zaman makroiqtisadi proqnozların əsasında tərtib olunur. Digər məsələlər büdcə kəsri ilə bağlıdır. Burada 1,5 milyard manat artıq gəlirlərin icra edilməsi ilə əlaqədardır. Büdcə kəsrinin qalan hissəsi isə xərclərin nəzərdə tutulduğundan az icrası ilə bağlıdır. Xərclərin icrasında bir sıra problemlər xarici kreditlərin mənimsənilməsi ilə bağlıdır. Bu kreditlərin sadəcə 200 milyon manat hissəsi istifadə olunub. Yerdə qalan hissəsi problemlərlə üzləşib”.
Maliyyə naziri büdcə kəsrinə aydınlıq gətirib
10 noyabr 2021 14:42 (UTC +04:00)
Maliyyə
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024
PAŞA Sığortadan “Mercedes-Benz” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya!
12:22
10 may 2024