Maliyyə naziri dünyada neft sektoruna sərmayələrin azalmasının səbəbini açıqlayıb

Maliyyə naziri dünyada neft sektoruna sərmayələrin azalmasının səbəbini açıqlayıb
# 10 noyabr 2021 14:37 (UTC +04:00)

“Dünyada bərpa olunan yeni enerjiyə keçid baş verir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, son qlobal iqlim dəyişiklikləriylə bağlı konfransın nəticələri hamıya məlumdur: “Ənənəvi yanacaq məhsullarından istifadə edilməməsi, müəyyən müddət ərzində bərpa olunan enerji mənbələrinə keçidin başa çatdırılması qeyd edildi. Artıq dünya miqyasında bir sıra ölkələr bununla bağlı öhdəlikləri qəbul edib. Bütün bunlar bir sıra ənənəvi yanacaq məhsullarının axtarışı, kəşfiyyatı ilə məşğul olan ölkələrin, şirkətlərin bu sahələrə investisiya yatırmasında tərəddüdlərə səbəb olur. Pandemiya dövründə də bir sıra şirkətlərin bu sahəyə yatırımları yavaşlamışdı. Bu da normal idi, çünki tələb aşağı idi. Keçən il aprel-may aylarında neftin qiymətlərinin hansı səviyyələrə enməsi bizim yadımızdadır. Sonradan OPEC+ formatına daxil olan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı razılaşma imzalandı. Bundan sonrakı proseslər göstərir ki, neft hasilatının artımı istiqamətində qərarlar qəbul edilir. Amma biz eyni zamanda şirkətlər, ölkələr tərəfindən əlavə neft həcmlərini bazara təqdim edilməsi ilə əlaqədar fiziki imkanlarının olub-olmamasını ciddi şəkildə dəyərləndirməliyik. Bu sahəyə investisiyaların yatırılmasında azalmalar müşahidə edilir. Yəqin ki, ötən ilin payızında belə cəsarətli proqnozların verilməsi olduqca ağır idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR