Maliyyə naziri: “Xarici dövlət borcunun azaldılması qarşımıza məqsəd kimi qoyulub”

Maliyyə naziri: “Xarici dövlət borcunun azaldılması qarşımıza məqsəd kimi qoyulub”
# 11 noyabr 2021 13:40 (UTC +04:00)

“Prezident hökumət, Maliyyə Nazirliyi qarşısında vəzifə qoyub ki, dövlət borcumuzu ümumdaxili məhsulun 10 faizi həcminə endirək. Bizim dövlət borcumuz yüksək deyil, Hesablama Palatası da bunu qeyd edir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, xarici dövlət borcunun ümumi borcda çəkisinin azaldılması, daxili borcun artırılması da qarşıya məqsəd kimi qoyulub: “Qiymətli kağızlar, istiqrazlar şəklində girovların yaradılması istiqamətində işlər gedir. 2018-ci ildə dövlət borcu barədə strategiya qəbul edilib, cari ildə bu strategiyanın yenilənməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR