Maliyyə Nazirliyi: "Neftin 5 dollar ucuzlaşması büdcə gəlirlərinin 1,5 mlrd. manat azalmasına gətirib çıxarır

Maliyyə Nazirliyi: "Neftin 5 dollar ucuzlaşması büdcə gəlirlərinin 1,5 mlrd. manat azalmasına gətirib çıxarır
# 08 sentyabr 2021 20:09 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyinin apardığı hesablamalara əsasən, neftin qiymətinin orta hesabla 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1,5 mlrd. manat azalmasına gətirib çıxarır.

"APA-Economics"in nazirliyə istinadən verdiyi məlumata görə, neftin bir barelinin satış qiyməti 25 ABŞ dollarınadək düşərsə ortamüddətli dövrdə icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5,9 mrld. manat az olmasına səbəb ola bilər.

Qeyd edək ki, 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb. Xatırladaq ki, 2022-ci ildə icmal büdcənin gəlirləri 26 967,7 mln. manat, xərcləri 32 145,9 mln. manat, kəsiri isə 5 178,2 mln. manat səviyyəsində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR