Maykl Cordanın krossovkaları rekord məbləğə satılıb

Maykl Cordanın krossovkaları rekord məbləğə satılıb
# 25 oktyabr 2021 11:00 (UTC +04:00)

"Sotheby's" auksionunda dünya şöhrətli basketbolçu Maykl Cordanın 1984-cü ildə NBA-da debüt mövsümündə çıxış etdiyi bir cüt idman ayaqqabısı 1,472 mln. ABŞ dollarına satılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Sotheby's" hərrac evinin "Twitter" səhifəsində deyilir.

Qeyd edək ki, "Nike" şirkəti bu ayaqqabıları xüsusi olaraq basketbolçu üçün hazırlayıb. Bu, indiyə qədər hərracda satılan ən bahalı idman ayaqqabısıdır.

Lot 1-1,5 mln. dollar civarında qiymətləndirilib. Sözügedən krossovkalara eyni zamanda kolleksiya kartları toplayan Nik Fiorella sahib çıxıb.

Xatırladaq ki, cari ilin may ayında Maykl Cordanın maykası "Heritage" auksionunda 1,38 mln. dollara satılıb. Bu, idmançının forması üçün rekord məbləğ hesab edilir.

Maykl Cordan ikiqat Olimpiya çempionu (1984, 1992) və "Çikaqo" klubu ilə altıqat NBA çempionudur. O, beş dəfə NBA-nın ən yaxşı oyunçusu adına layiq görülüb. 2003-cü ildə idmançı karyerasını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR